"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə  M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

12:22

xxx

Türkiyədə fəaliyyət göstərən "Palmali" şirkətlər qrupununun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda saxlanılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Mənsimov bu gün İstanbul Baş Prokurorluğunun apardığı bir məhkəmə araşdırması ilə bağlı saxlanılıb. Onun qaldığı evdə axtarış aparılıb.

İddiaya görə, Mübariz Mənsimov FETÖ ilə əməkdaşlıqla ittiham olunur.