Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, minik avtomobili azyaşlını vurub. Yaralı xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Hadisənin təfərrüatları araşdırılır.