Dünya birjalarında neftin qiyməti yenidən artır.
Unikal.org xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar artaraq 29,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,11 dollar bahalaşaraq 26,33 dollar təşkil edib.