Martın 31-də saat 17 radələrində  Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyev  qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən xəbərə görə,  bu barədə Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar dərhal hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. 

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 17 yaşlı  İ. Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəmnində baş verdiyi müəyyən olunub. 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.