“31 mart saat 00.00-dan daha çox məhdudiyyətlər tətbiq olunub. İnsanların küçəyə çıxmasına məhdudiyyətlər qoyulub. Xüsusi əhəmiyyətli orqanlar istisna olmaqla, insanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb”.
Unikal.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, məqsəd insanların sağlamlığını qorumaq, eyni zamanda ərzaq təhlükəsizliyini təmin etməkdir: “Mətbuat konfransında 31 martdan ötən günlər ərzində infeksiyanın yayılması, nəqliyyatın vəziyyəti və xüsusi karantin rejiminə nəzarətlə bağlı məsələlərə toxunacağıq”.