Ermənistanda koronavirusa yoluxanların sayı 736 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, məlumatı Ermənistan Vahid İnformasiya Mərkəzi yayıb.
Son sutka ərzində ölkədə 73 nəfər koronavirusa yoluxub.
Qeyd edək ki, aprelin 2-də yoluxanların ümumi sayı 663 nəfər olub. Ölkədə koronavirusdan 7 nəfər ölüb.