"Azad Azərbaycan" televiziya kanalında (ATV) yayımlanan "ATV Səhər" verilişinin baş redaktoru Aytən Əliyeva yeni vəzifəyə təyin edilib.
Unikal.org xəbər verir ki, A.Əliyeva İcbari Sığorta Bürosuna mətbuat katibi təyin edilib.
Qeyd edək ki, A.Əliyeva ATV-də “Xəbərlər” aparıcısı olub. Həmçinin, “Xəzər” və “Space” telekanallarında aparıcı kimi fəaliyyət göstərib.