Hazırda paytaxtda, o cümlədən bölgələrdə karantin şəraitində saxlanan insanlar var. Hər gün mütəmadi olaraq həmin şəxslər həkim nəzarətində saxlanırlar. Türkiyədə təhsil alan tələbələr Bakıdakı karantin şəraiti ilə bağlı təəssuratlarını "Xəzər Xəbər"lə bölüşüblər.
Unikal.org xəbər verir ki, gündə bir neçə dəfə temperaturları yoxlanılır, xüsusi qidalanma rasiyonu tətbiq edilir.
Karantin şəraitində olanlar mütəmadi olaraq həkim nəzarətində saxlanılır. Bakıda onların rahatlığı üçün bütün şərait yaradılıb.
Türkiyədə təhsil alan tələbələr deyir ki, onlar Naxçıvana gəldikləri zaman karantində olublar. Bakıya qayıtdıqdan sonra da yenidən karantinə alınıblar. Paytaxtda yaradılan şərait isə onları karantin günlərində darıxmağa qoymur. Həkimlər isə onlara idmanla məşğul olmağı tövsiyə edir.
Qeyd edək ki, xarici ölkələrdən gələn şəxslər karantin şəraitini başa vurduqdan sonra evlərinə buraxılır.