Samuxda bədbəxt hadisə baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qədili kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü Həsənov Həmid Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin tranması və bədənin əziyi diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, H.Həsənov dünyasını dəyişib.
Məlumata görə, H.Həsənov atdan yıxılaraq ağır xəsarət almışdı.