Bakıda yol hərəkəti qaydalarını pozan sürücü qəza törətdi.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes Gelandewagen” ilə “Mercedes GL” markalı avtomobillər toqquşub. Qəzaya səbəb yüksək sürətlə gələn “Gelandewagen”in sürücüsünün işıqforun qırmızı işığının tələblərini pozaraq hərəkətə davam etməsi olub.

Qəza anı “Mercedes Geländewagen” markalı avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb.