Gəncə Müəllimlər İnstitutunun sabiq rektoru Ramiz Məmmədov bu gecə dünyasını dəyişib.
Unikal.org BAKU.WS-ə istinadən xəbər verir ki, Ramiz Məmmədov uzun sürən şəkər xəstəliyindən əziyyət çəkirdi.
O, Gəncə şəhərinin qəbiristanlıqlarından birində torpağa tapşırılacaq.
Bildirək ki, Ramiz Məmmədov 2000-ci ildən 2013-cü ilədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialının direktoru vəzifəsində çalışıb.