"Talassemiya mərkəzində qan çatışmazlığı problemi Birinci vitse-prezident Mehriban Əliyeva çağırışından sonra öz həllini tapdı".
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən həftə Heydər Əliyev Mərkəzində çox böyük aksiya keçirildi: "Bu çağırışdan sonra Mərkəzə yüzlərlə, minlərlə insan gəlib, qan verdi. Hazırda bu prosseslər davam edir. Artıq problem tam həllini tapıb və buna görə minlərlə talassemiya xəstələri adından hörmətli Mehriban Əliyevaya təşəkkür edirik".