"Bu gün Azərbaycanda görülən tədbirlər və tibb işçilərinin fədakarlığı nəticəsində sağalma faizi dünya ölkələri ilə müqayisədə yüksəkdir".
Unikal.ortg xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusdan sağalma 25 faizdir təşkil edir.
O bugünkü nəticələrə görə həkimlər, hüquq-mühafizə orqanları, gömrük xidməti və digər qurumlara təşəkkür edib: “Karantin rejiminin tətbiqində əsas vəzifəmiz ölkə ərazisində virusun yayılmasının qarşısını almaq, yoluxma zəncirinin qırılması idi. Əhalinin böyük qismi karantin rejiminin qaydalarına əməl etdi”.