"Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6-sı süni nəfəs aparatına qoşulub".
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir.
R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var: "Bu günə qədər 75 397 test edilib. Ölüm sayı 13-dür. Bu gün ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb".
TƏBİB rəhbəri həmçinin bildirib ki, bu həftənin sonuna qədər Şəkidə, gələn həftədən isə Sumqayıtda laboratoriya istifadəyə veriləcək".
O bildirib ki, virusun ölkədə hansı genotip əsasında yayılması araşdırılır: "Hazırda mütəxəssislər bu tədqiqatlarla məşğuldular".