“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi altında aparılır”.
Unikal.org-un verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bugünkü nəticələrə görə həkimlər, hüquq-mühafizə orqanları, gömrük xidməti və digər qurumlara təşəkkür edib: “Karantin rejiminin tətbiqində əsas vəzifəmiz ölkə ərazisində virusun yayılmasının qarşısını almaq, yoluxma zəncirinin qırılması idi. Əhalinin böyük qismi karantin rejiminin qaydalarına əməl etdi”.