TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Çindən gətirilən tibbi ləvazimatların epidemiya yayılmasına gətirib çıxarması ilə bağlı yayılan şaiələrə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı R.Bayramlı bəyan edib ki, belə məlumatlar həqiqəti əks etdirmir:
"Çindən indiyənədək koronavirus nümunəsi götürməsi üçün hər hansı tibbi ləvazimatlar gətirilməyib. Ölkəmizdə bu resurslar var idi və bu tibbi avadanlıqlar Avropa ölkələrindən gətirilib. Belə şaiələr bizədə gəlib çatıb. Təəssüflər olsun ki, belə şaiələr diqqət verənlər var. Amma biz hesab edirik ki, belə "məlumatlara" diqqət verilməsin."