Azərbaycanda bu günə qədər (aprelin 14-nə olan rəqəmlər) təsdiq edilən koronavirusa yoluxma hallarının yaş qruplarına və cinsiyyətinə görə sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ölkədə virusa yoluxanların 640 nəfəri kişi, 557 nəfəri isə qadındır: "Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaş arası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb".