Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsindən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə, 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini işləmiş Novruz Quliyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Məsələ ilə bağlı xəbəri Unikal.org-a N.Quliyev özü təsdiqləyib. Sabiq nazir müavini deyib ki, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalardan biridir: “Mən Heydər Əliyevçiyəm. Hər zaman cənab prezident İlham Əliyevə sadiq adam olmuşam. Bundan sonra da həyatım boyu Heydər Əliyev və İlham Əliyev siyasətinə xidmət edəcəm”.
Amid Əyyuboğlu