Koronavirus infeksiyasının Kürdəmir rayonunda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Unikal.org xəbər verir ki, rayonun bütün yaşayış məntəqələrində virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə şəhərin yaşayış binalarında, ümumi istifadə olunan ərazilərdə, girişlərdə, pilləkən qəfəslərində və sakinlərin daha çox istifadə etdiyi yerlərdə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Virusa qarşı təhlüksizlik tədbirləri rayonun bütün qeyri-yaşayış binalarında, ticarət və xidmət obyektlərində, ödəniş terminalları və bankomatlarda, şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda tələb olunan sanitar qaydalara riayət etməklə icra edilir.
Təmizlik və dezinfeksiya işlərinin tələb olunan qaydalara uyğun olaraq aparılmasına Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarət həyata keçirilir.