Bakıda piyadannın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Bayram Ağayev yolu keçərkən "Jeep" markalı avtomobil onu vurub. 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakta bağlı araşdırma aparılır.