Ağstafada 4 yaşlı qızın başına televizor düşüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.
2016-cı il təvəllüdlü Hacıbalayeva Fatimə Rahil qızı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Dərhal azyaşlıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.