Türkiyənin Qars ərazisində Arpalı kəndində mağaza işlədən və eyni zamanda bir əkinçi olan  48 yaşlı Qasım Can adlı şəxs daim güldüyünə görə gündəmə gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qarsda bir gülüşlə “Gülən adam” olaraq bilinən Qasım Can ətrafındakı insanları  maraqlı qəhqəhələri ilə gülmək böhranına saldığını açıqlayıb.

Belə ki, doğuşdan etibarən ucadan güldüyünü və heç vaxt ağlamadığını deyən Can, “Atam öldükdə də güldüm, bacım “heç olmaya  belə bir gündə gülmə”dediyini ifadə edib.