İspaniyada küçələrdə öküzlərlə davam edən dünya şöhrətli  San Fermin festivalının yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə ləğv olunduğu açıqlanıb.

Unikal.org İspaniya mətbutaına istinadən məlumat verir ki, Pamplona Bələdiyyəsi, 6-15 İyul tarixləri arasında planlaşdırılan “San Fermin” festivalının COVID-19 səbəbiylə ləğv edildiyini açıqlayıb.

San Fermin əvvəllər 1937-1938-ci illərdə İspaniya Vətəndaş Müharibəsində və 1978-ci ildə festivalın ikinci günü öküz atışma arenasında baş verən qanlı hadisələrə görə ləğv edilib.

Pamplona Bələdiyyəsinin məlumatlarına görə festival hər il 74 milyon avro iqtisadi qatqı ilə şəhərə töhfə verir.

Hökumət, ölkə iqtisadiyyatının lokomotivi olan turizm sektorunun və COVID-19-dan ən çox zərər görəcək əlaqəli mədəni fəaliyyətin bu il normala dönəcəyini gözləmir.

Qeyd edək ki, İspaniyada Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, “COVID-19”dan bu günə qədər 21 min 282 nəfər ölmüş, yoluxanların ümumi sayı 204 min 178-ə yüksəldiyi bildirilib.