Lənkəran futbolunda xüsusi yeri olan Namiq Qarayev bu gün dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, 60-cı illərin sonunun Lənkəranın " Xəzər" klubunda oynamış Qarayev mədə xərəçəngi xəstəliyindən əziyyət çəkirmiş.
Əməkdar məşqçi N.Qarayev 2 il əvvəl xərçəngə qalib gəlsə də o yenidən həmin xəstəliyə düçar olub. O yenidən müalicələrə başlasa da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Namiq Qarayev futbolçu karyerasını erkən bitirib, ali təhsil aldıqdan sonra məşqçi kimi fəaliyyət göstərib. “Xəzər Lənkəran” klubunda çalışıb və ömrünün son 25 ilini uşaq futbolunun inkişafına sərf edib.
Aygün İlqarqızı