Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 329 nəfər artıb.

Unikal.org xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 21 061 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 463 nəfər artaraq 152 840-a çatıb.

Bildirilib ki, Böyük Britaniyada martın 30-dan bəri ilk dəfə pandemiyadan ən aşağı ölüm göstəricisi qeydə alınıb.