Kürdəmir rayonunda növbəti döyülmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən  xəbər verir ki, hadisə rayonun Garisəyribənd kəndində qeydə alınıb. 

Belə ki, 1967-ci il təvəllüdlü kənd sakini Süleymanov Arif Əmir oğlu aralarında yaranan mübahisə zəmnində həmkəndlisinin hücumuna məruz qalıb.

Nəticədə Arif Süleymanov müxtəlif növ bədən xəsarəti alıb. O, ətrafdakıların köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Qeyd ki, hadisə suvarma suyu üstündə baş verib. Faktla bağlı araşdırma aparılır.