Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyası ABŞ-da tüğyan etməyə davam edir.

Unikal.org "Bloomberg"-ə istinadən xəbər verir ki, ölkənin Florida ştatında yerləşən və varlı insanların yaşadığı Fişer adasında isə koronavirusla bağlı vəziyyət çox fərqlidir. Belə ki, evlərin qiymətinin 3 milyon dollardan başladığı adada koronavirus üçün xüsusi testlər sifariş edilib.

800 nəfərin yaşadığı Fişer adasında artıq hər kəs koronavirus testindən keçib. Simptomları göstərən şəxslər isə müəyyən tarix seçərək test mərkəzinə gəlirlər. Bu adada testlər avtomobildən enmədən həyata keçirilir. Nəticədə maşım sahibi olmayanlar bu testdən keçə bilmirlər.

Qeyd edək ki, koronavirusla bağlı xərclər sakinlər tərəfindən ödənilir.