Dünya koronavirusla mübarizə apararkən Afrikada daha bir xəstəlik meyda gəlib.

Unikal.org xəbər verir ki, qərbi Afrika ölkəsi olan Nigeriyada 100-dən çox insan hələlik məlum olmayan xəstəlik səbəbindən dünyasını dəyişib. Bu ölüm halları son 10 gün içərisində qeydə alınıb.

Xəstəliyin koronavirusla əlaqəli olub-olmadığı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən araşdırılır. Qeyd edək ki, Nigeriyada 2 802 nəfər "Covid-19"-a yoluxub, onlardan 93-ü bu səbəbdən ölüb.