Yeni növ koronavirus (Covid-19) infeksiyası ABŞ-da tüğyan etməyə davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton Universiteti tərəfindən edilən təxminlərə görə, ölkədə avqust ayında koronavirusdan ölənlərin sayı 135 minə çata bilər. Buna səbəb iqtisadiyyatın yenidən canlanması və karantin qaydalarının yumşaldılması səbəb olacaq.

Ötən günlərdə ABŞ Prezidenti Donald Tramp da insanlar arasında əlaqələrin yenidən artması ilə ikinci dalğa yoluxma hallarının yaşana biləcəyini bildirmişdi.

Qeyd edək ki, ABŞ-da pandemiya qurbanlarının sayı 70 mini ötüb.