Fransada son sutka ərzində daha 330 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 531-ə çatıb. Son 24 saatda 1 406 nəfərin koronavirusa yoluxduğu açıqlanıb. Beləliklə Fransada virusa yoluxanların sayı 204 659-a yüksəlib.

Son 27 gündür ölkədə reanimasiyada olanların sayı azalmağa davam edir.