Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Unikal.org  xəbər verir ki, artıq Əl-Nəhd ərazisində yerləşən binanın sakinləri təxliyə edilib. Yanğının qarşısını alınması üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.