Cənubi Amerika ölkəsi Braziliyada, son 24 saat ərzində yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə 633 nəfər ölwb/
Unikal.org Braziliya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya istinadən xəbər verir ki, Covid-19 səbəbiylə ölkədə ölənlərin sayı 633 artaraq 7 min 921, yoluxanların sayı isə 9 min 493 artaraq 114 min 71-ə çatıb.
Əhalisi 210 milyona çatan Braziliya, Latın Amerikasında Covid-19 pandemiyasından ən çox təsirlənən ölkədir.
Qeyd edək ki, bölgədəki ilk Covid-19 hadisəsi və virusla əlaqəli ölüm də Braziliyada meydana gəlib.