Almaniyada koronavirusda həyatını itirənlərin sayı son 24 saatda 165 nəfər artaraq 6 min 996-ya çatıb.
Unikal.org Alman mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Robert Koch İnstitutu tərəfindən nəşr olunan koronavirus hesabatına görə, son 24 saat ərzində ölkədə daha 947 koronavirusa yoluxma halı aşkar edilib.
Almaniyada yoluxanların sayı 164 min 807-ə, ölənlərin sayı isə sayı 165 nəfər artaraq 6 min 996-ya yüksəlib.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanlatın sayı 3 milyon 727 min 802-yə çatıb.