“SpaceX”in qurucusu, “Tesla Motors” və “PayPal”ın həmtəsisçisi  Elon Musk,  sosial şəbəkə hesabı “Twitter”dan bir oğlunun  dünyaya gədiyini açıqlayıb. 

Unikal.org xəbər verir ki, Musk, musiqiçi həyat yoldaşı Qrimesin bir oğlan uşağını dünyaya gətirdiyini açıqlayaraq foto paylaşıb.

Belə ki, izləyicinin "körpənin adı nədir?" sualına, Elon Musk “X Æ A-12 Musk” adını verdiklərini söyləyib. Muskın adla bağlı ciddi olub olmadığı məlum olmasa da, bunun şifrəli bir ifadə olduğu bildirilib.

“Space X” şirkətinin baş direktoru Elon Musk, daha sonra oğlunun adını  “X Æ A-12 Musk”  qoyduqlarını bildirib. Musk və Qrimes cütlüyünün uşaqlarına verilən ad qısa müddət ərzində “Twitter”də trend mövzular siyahısına daxil olmağı bacarıb.

Qeyd edək ki, Elon Musk, 3-cü evliliyi olan əsl adı Claire Boucher olan Qrimes ilə birlikdə 2018-ci ildə ailə həyatı qurub.  48 yaşlı Musk, əvvəlki həyat yoldaşlarından daha beş oğlu vardır.