Gürcüstanda koronavirus pandemiyasına yoluxanların sayında artım müşahidə olunub.
Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Belə ki, son sutkada yoluxanların sayı 6 nəfər artaraq 610-a çatıb. İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların 269-u sağalıb, 9-u isə dünyasını dəyişib.
Hazırda ölkə üzrə karantində 4 919, stasionar nəzarətdə isə 497 nəfər saxlanılır.