Koronavirus epidemiyasına dair maraqlı tövsiyələri ilə gündəmdən düşməyən ABŞ Prezidenti Donald Tramp, maska istehsal müəssisəsinə səfəri zamanı maska taxmaması böyük reaksiyalara səbəb olub.

Unikal.org xəbər verir ki, dünyanı təsir edən koronavirus epidemiyasının mərkəzinə çevrilən ABŞ Prezidenti Donald Trampın Arizona əyalətində N95 maskaları istehsal edən Honeyuell fabrikinə səfəri zamanı maska taxmaması gündəm yaradıb.

Trampa maska taxmamağa reaksiya verən bir çox insan, “Maska fabrikinə baş çəkirsiniz, maska taxmırsınız. Nə sübut etməyə çalışırsınız?” deyə bildiriblər.