Ukraynada son sutkada 487 nəfər koronavirusa tutulub.

Unikal.org bu ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 13 min 184 nəfərə çatıb.

Bunlardan 905-i uşaq, 2251-i isə tibb işçisidir.

Ölkədə son sutka ərzində koronavirusdan 11 nəfər ölüb.

Ümumilikdə, koronavirusdan ölənlərin sayı 327 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 2097 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.