Yeni Zelandiyada koronavirus (Covid-19) pandemiyasından ölənlərin sayı  21-ə çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiya Sağlamlıq Müdiri Dr. Ashley Bloomfield,  son sutkada Covid-19 pandemiyasına yoluxan  və əvvəllər sağlamlıq problemləri olan 60 yaşlı bir qadının həyatını itirdiyini açıqlayıb. 

Beləliklə, həyat itkisi  ölkə daxilində 21-ə çatıb. Digər tərəfdən, son 48 saatda yeni bir hadisənin görünmədiyi Yeni Zelandiyada, bu gün 4,772 test keçirilib  və 2 nəfərdə Covid-19 aşkarlanıb.

Qeyd edək ki, Covid-19 yayılmasının qarşısını almaq üçün komendant saatı, 25 Mart - 27 Aprel arasında tətbiq olunan fövqəladə və məcburi vəziyyət istisna olmaqla Yeni Zelandiyada virusu nəzarət altına alınıb. Həmçinin də, Yeni Zelandiyada son günlərdə virusa yoluxma və ölüm halının qeydə alınmaması, hökümət tərəfindən virusa qalib gəlindiyi açıqlanmışdı.  

Tədbirlərin nəticələrindən sonra “dördüncü səviyyə” də tətbiq olunan qadağalar və məhdudiyyətlər qaldırıldığı ölkədə işləmək, alış-veriş etmək, bayıra çıxmaq və bəzi su idman növləri ilə məşğul olmağa imkan verən daha yüngül qaydalar mövcuddur.