Cənubi Amerika ölkəsi  Argentinada, kiçik təyyarə eniş zamanı qəzaya uğrayıb.

Unikal org Argentina mətbuatına istinadən xəbər verir ki, cənubun Çubut əyalətindəki Esquel şəhərində, Antonio Parodi hava limanına enərkən 4 nəfəri daşıyan Learjet 35 kiçik təyyarəsinin düşməsi nəticəsində 2 nəfər ölməsi  və 2 nəfər yaralanması barədə məlumat bildirilib.

Buenos Ayres ştatından gələn təyyarədə 2 nəfərdən ibarət bir heyət, həkim və tibb bacısının qəzada öldüyü qeyd olunub.

Esquel Regional Xəstəxanasına aparılan ekipaj tərəfindən reanimasiyaya alınan pilotun vəziyyətinin ağır olduğu açıqlanıb.

Təyyarənin təcili olaraq Buenos Ayres ştatına gətirilməli olan xəstəni  götürmək üçün gəldiyi bildirilib.

Qəzaya güclü dumanın səbəb olduğu təxmin edilir. Faktla bağlı araşdırma aparılır.