Pakistanda koronavirus pandemiyasına yoluxma hallarının sayı son 24 saatda 149 nəfər artaraq 22 min 550-ə çatıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində virus səbəbiylə ölən 40 nəfər həyatını itirərək, ölənlərin ümumi sayı 486-ya yüksəlib.
Belə ki, ölkə əhalisinin təxminən yarısının yaşadığı Pəncab, 8 min 420 nəfər arasında virusun ən çox yayıldığı vilayət olaraq bildirilib.
Qeyd edək ki, ölkədə virusa ilk dəfə yoluxma halının göründüyü 26 fevral tarixindən bu yana 6 min 217 nəfər sağalıb.