NASA, Yer planetindən 300 işıq ili uzaqlıqda olan və indiyə qədər Yerə ən çox bənzəyən yeni bir planetin kəşf etdiyini açıqlayıb.

Unikal.org istinadən xəbər verir ki, Amerika Milli Aviasiya və Kosmik Agentliyinin (NASA) yayımladığı mətbuat şərhinə görə, yeni planet “Kepler-1649c” adlandırılıb.

Kepler Kosmik Teleskopu tərəfindən kəşf edilən planet Yerdən 300 işıq ili məsafədə olan Cygnus bürcündə yerləşir.

“Kepler-1649c” xarici planetlər arasında Yerə ən çox bənzəyən və oxşar bir temperatura sahib olduğu açıqlanıb. Dünyanın 1,06 qat böyük olduğu planet Yerin Günəşdən aldığı işığın 75 faizini alır.

SETI İnstitutunun müəllifi Jeff Coughlin, “Ölçüsü və mümkün temperatur baxımından bu, Kepler tərəfindən tapılmış Yer kürəsinə ən çox bənzəyən planetdir” deyə açıqlamasında bildirib.