İndoneziyanın Qərbi Sulavesi əyalətində baş verən sürüşmədə 3 nəfər ölüb.

Unikal.org xarici mətbuaata istinadən xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyin İnformasiya və Kommunikasiya Mərkəzinin rəhbəri Raditya Jati, Polevali Mandar bölgəsinin Kelapa Dua kəndində baş verən güclü yağış nəticəsində meydana gələn torpaq sürüşməsində 3 nəfərin öldüyünü və 4 nəfərin yaralandığını açıqlayıb.

Jati, bəzi evlərin və nəqliyyat vasitələrinin də zərər gördüyü sürüşmə bölgəsində zərərin aşkarlandığını, bağlanmış yolların açıldığını və təmizlik işlərinə başladığını bildirib.

Qeyd edək ki, tropik iqlimi olan İndoneziyada sel və sürüşmə tez-tez baş verir.