İspaniyada COVID-19 pandemiyası nəticəsində ölənlərin sayı son 24 saatda 244 nəfər artaraq 25 min 857 nəfərə çatıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi, ölənlərin və COVID-19 pandemiyasına yoluxma ilə əlaqəli halların sayını yeniləyib.
Belə ki, son 3 gündə 200-dən aşağı olan ölkədə gündəlik ölüm hallarının sayı bu gün bir qədər artaraq 244-ə çatıb. Beləliklə, virusdan ölənlərin ümumi sayı da 25 min 857-yə çatıb. Yoluxanların ümumi sayı da son 24 saatda 996 artaraq 220 min 325-ə yüksəlib.