ABŞ-da son gün ərzində daha 2 360 nəfər koronavirusdan ölüb.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 72 334-ə çatıb. Eyni zamanda virusa yoluxanların sayı da 24 776 nəfər artaraq 1 238 801-ə yüksəlib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayının ən çox olduğu ölkədir.