Rusiyada son sutka ərzində daha 10 559 nəfər koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu müddət ərzində 86 nəfər isə dünyasını dəyişib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 1 537-ə çatıb.
Eyni zamanda virusa yoluxanların sayı da artaraq 165 929 nəfərə yüksəlib.
Ölkə ərazisində ümumilikdə 21 327 nəfər virusdan sağalıb, 143 065 aktiv koronavirus xəstəsi mövcuddur.