Rusiyalı məşhur iş adamı Dmitri Bosov intihar edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 1,1 milyard dollarlıq sərvəti ilə "Forbes"in 86-cı pilləsində qərarlaşan iş adamının cəsədi bu gün Moskva yaxınlığında yerləşən Usovo kəndindəki villasında tapılıb. 

Qeyd edək ki, 52 yaşlı Dmitri Bosov “Sibantratsita” və “Vostokuql” şirkətlərinin, “Artplay” memarlıq və dizayn mərkəzinin sahibi olub.