Türkiyədə son sutka ərzində daha 64 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə, Türkiyədə pandemiya qurbanlarının sayı 3 584 nəfərə çatıb.

Nazir həmçinin 2 253 yeni yoluxma halının qeydə alındığını bildirib. Bununla da Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 131 744-ə yüksəlib.

F.Koca ölkədəindiyədək 78 202 nəfərin koronavirusdan sağalaraq evə buraxıldığını da vurğulayıb.