Koronaviursa yoluxanların ən çox olduğu ölkələrdən biri olan İspaniyada fövqəladə vəziyyətin müddəti uzadılıb.

Unikal.org xəbər verir ki, ölkədə 24 may tarixinədək fövqəladə vəziyyət elan edilib. Bildirilib ki, İspaniyada koronavirusla bağlı vəziyyət getdikcə normallaşır.

Qeyd edək ki, sözü gedən ölkədə 253 682 nəfər koronavirusa yoluxub, onlardan 25 857-si pandemiyanın qurbanı olub.