İslandiya höküməti koronavirus pandemiyasına qalib gəldiyini rəsmən açıqlayıb.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkə rəsmilərinin sözlərinə görə, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i sağalıb.
"İslandiyada 1 799 nəfər koronavirusa yoluxub. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu", - hökumətin bəyanatında bildirilir. İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.
İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.