Rusiyada koronavirus infeksiyasının yayılmasının başa çatacağı tarixi daha 7 gün irəli çəkilib.

Unikal.org xəbər verir ki, Sinqapur alimləri Rusiyada koronavirusun yayılmasının avqustun 17-də başa çatacağını proqnozlaşdırmışdılar. Yenilənmiş araşdırmada alimlər avqustun 24-ü tarixini qeyd ediblər. Rusiya ilə bağlı proqnoz artıq ikinci dəfədir ki, dəyişdirilir. Bundan əvvəl Sinqapur alimləri ölkədə pandemiyanın avqustun 12-də başa çatacağını bildirmişdilər.

Rusiyada hazırda 155 minə yaxın koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xəstələrin 20 mini sağalıb, 1500 nəfər vəfat edib.